Ana Sayfa > Karusel / Dünya / M2 > ABŞ-ın Qafqazdakı hərbi təlimi başa çatdı

ABŞ-ın Qafqazdakı hərbi təlimi başa çatdı


24-05-2016, 15:43. Yazar: Xeberaz


ABŞ-ın Qafqazdakı hərbi təlimi başa çatdı
Layiqli Tərəfdaş-2016 hərbi təlimi başa çatıb.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan mətbuatı yayıb.

Qeyd edək ki, Layiqli Tərəfdaş-2016 Gürcüstan və Amerikanın birgə keçirdiyi ilk hərbi təlimdir. Mayın 11-də başlayan təlim Tiflis yaxınlığındakı Vaziani bazasında keçirilib. Təlimdə 1300 hərbçi iştirak edib. Onların 600 nəfəri ABŞ, 500 nəfəri Gürcüstan, 150 nəfəri isə Böyük Britaniya hərbçisi olub. Hərbi təlimdə həmçinin M1A2 Abrams tankları, M2 Bradley piyadaların döyüş maşını, T-72 tankları iştirak edib.

ABŞ hərbçiləri və hərbi texnikası Gürcüstanı mayın 26-da tərk edəcək.
Geri dön