Ana Sayfa > Karusel / Dünya / M2 > Kremlin azərbaycanlı adamı Ukraynada vəzifəyə gətirilir

Kremlin azərbaycanlı adamı Ukraynada vəzifəyə gətirilir


24-05-2016, 14:51. Yazar: Xeberaz
Kremlin azərbaycanlı adamı Ukraynada vəzifəyə gətirilir

Odessa prokurorunun müavini, əslən azərbaycanlı Gündüz Məmmədov yaxın zamanlarda regional idarələrdən birinə rəhbərlik edəcək.

"Xəbəraz.az "Ukrayna mətbuatına istinadən xəbər verir ki, onun təyinatına Odessa biznesmenləri, xüsusilə Vladimir Qalanternik lobbiçilik edib.

Qeyd edək ki, Qalanternik Odessada gücünə görə əsas şəxslərdən biri hesab edilir. Hazırda Odessa şəhərinin meri Gennadi Truxanov məhz bu şəxsin adamı hesab edilir. Onlar xüsusilə Rusiya ilə sıx əlaqələrə malikdirlər. Truxanov həm də uzun müddət “Lukoyl”un Ukraynadakı nümayəndəliyinə rəhbərlik edib.

Gündüz Məmmədov uzun illər Odessa prokurorluğunda çalışıb. Onun yaxınları energetika biznesi ilə məşğul olurlar. Məmmədovun atası İlham Məmmədov isə bir zamanlar “Lukoyl-Ukrayna”nın baş direktorlarından biri olub. Məmmədovun özəlliklə Vahid Ələkbərovla sıx əlaqələri mövcuddur.

Geri dön