Ana Sayfa > Karusel / Hadisə / M2 > “Ukrayna səfiri” Gəncədə tutuldu

“Ukrayna səfiri” Gəncədə tutuldu


24-05-2016, 14:48. Yazar: Xeberaz

“Ukrayna səfiri” Gəncədə tutuldu
Gəncə şəhərində özünü Ukrayna səfiri, xeyriyyəçi və işədüzəltmə təşkilatının rəhbəri kimi qələmə verərək dələduzluqla məşğul olan Ukrayna vətəndaşı Kəmalə Qasımova saxlanılıb.

Report-un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, K.Qasımova ayrı-ayrı vətəndaşlardan 10 min manat, 6 min manat və digər müxtəlif məbləğlərdə pulları alaraq onları işə düzəldəcəyi adı ilə aldadıb.

İki qadın və bir kişinin şikayəti əsasında K.Qasımova Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Zərərçəkən şəxslərdən ikisi "Gəncə" mehmanxanasının işçiləri olub. K.Qasımova da məhz həmin mehmanxanada qalıb.

Araşdırmalar davam etdirilir.
Geri dön