Ana Sayfa > Karusel / Hadisə / M2 > Sumqayıtda binada yanğın: 1 nəfər zəhərləndi, 10 nəfər təxliyə olundu

Sumqayıtda binada yanğın: 1 nəfər zəhərləndi, 10 nəfər təxliyə olundu


24-05-2016, 06:12. Yazar: Xeberaz

Sumqayıtda binada yanğın: 1 nəfər zəhərləndi, 10 nəfər təxliyə olundu

Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Yanğınsöndürənlər tərəfindən binadan 10 nəfər sakin təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Geri dön