Ana Sayfa > Karusel / Dünya / M2 > ABŞ-da yüksək vəzifəli məmur işdən qovuldu

ABŞ-da yüksək vəzifəli məmur işdən qovuldu


24-05-2016, 06:10. Yazar: Xeberaz

ABŞ-da yüksək vəzifəli məmur işdən qovuldu

ABŞ-da Nəqliyyat Təhlükəsizlik İdarəsi xidmətinin rəisi Kelli Hoqan vəzifəsindən kənarlaşdırılıb.

APA-nın məlumatına görə, bu barədə ABŞ Konqresi Nümayəndələr Palatasının nəzarət üzrə Komitəsindən bildiriblər.

“K.Hoqan mayın 12-də keçirilən dinləmələrin yekunlarına görə vəzifəsindən kənarlaşdırılıb”, məlumatda deyilir.

Kelli Hoqanın işdən çıxarılmasının səbəbi açıqlanmır.

Reuters agentliyinin məlumatına görə, bundan əvvəl Nümayəndələr Palatasının nəzarət üzrə Komitəsinin üzvləri Nəqliyyat Təhlükəsizlik İdarəsi xidmətinin fəaliyyətini tənqid ediblər. Buna səbəb 13 ay ərzində K.Hoqqana 90 min dollar məbləğində bonusun ödənilməsi olub.
Geri dön