Ana Sayfa > Karusel / Dünya / M2 > Suriyada terror aktı nəticəsində ölənlərin sayı 148 nəfərə çatıb

Suriyada terror aktı nəticəsində ölənlərin sayı 148 nəfərə çatıb


24-05-2016, 06:05. Yazar: Xeberaz
Suriyada terror aktı nəticəsində ölənlərin sayı 148 nəfərə çatıb

Suriyanın Ceble və Tartus şəhərlərində törədilən terror aktları nəticəsində 148 nəfər ölüb, təqribən 200 nəfər yaralanıb.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Suriyanın İnsan Haqlarına Riayət Olunmasının Monitorinqi Mərkəzinin müşahidəçilərinə istinadən "Reuters" məlumat yayıb.

Qeyd olunur ki, hücum təqribən 5 terrorçu-kamikadze tərəfindən törədilib, həmçinin iki minalanmış avtomobil partladılıb.

İŞİD terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.
Geri dön