Ana Sayfa > Karusel / Dünya / M2 > İŞİD namaz vaxtlarını dəyişdirdi

İŞİD namaz vaxtlarını dəyişdirdi


24-05-2016, 06:04. Yazar: Xeberaz
İŞİD namaz vaxtlarını dəyişdirdi
İŞİD terror qruplaşması nəzarət etdiyi İraqın Mosul şəhərində namaz saatlarını dəyişdirib.

"Xəbəraz.az " xarici mediaya istinadən xəbər verir ki, bu haqda “Al Sumariya” telekanalın xəbərində deyilir.

İŞİD-in namazın 15 dəqiqə geç qılınması barədə göstəriş verib. Terror qruplaşması mövcud namaz vaxtlarının hökumət tərəfindən təyin edilməsini səbəb göstərib.

Elanda bildirilir ki, əmrə itaət etməyən imam və müəzzinlər ən sərt şəkildə cəzalandırılacaq.

Qeyd edək ki, Mosul şəhəri 2014-cü ilin iyun ayından İŞİD-in nəzarətindədir.
Geri dön