Ana Sayfa > Karusel / Dünya / M2 > PKK-dan xain hücum: 2 yaralı

PKK-dan xain hücum: 2 yaralı


23-05-2016, 22:31. Yazar: Xeberaz

PKK-dan xain hücum: 2 yaralı
Türkiyənin Mardin vilayətinin Nusaybin mahalında terrorçuların quraşdırdığı partlayıcının işə düşməsi nəticəsində 2 hərbçi yaralanıb.

"Xəbəraz.az " xəbər verir ki, hərbçilər Əbdülqadir Paşa məhəlləsində əməliyyat həyata keçirən zaman bomba partlayıb.

Məlumata görə, yaralı əsgərlər İlçe Dövlət Xəstəxanasına çatdırılıb.

Ərazidə əməliyyatlar davam etdirilir.

Qeyd edək ki, sözügedən mahalda 14 martdan bəri komendant saatı elan edilib.
Geri dön