Ana Sayfa > Karusel / Maraqlı / Foto-fakt / Xəbəraz TV > Milyonçunun pulunu saydı və işdən qovuldu – Video

Milyonçunun pulunu saydı və işdən qovuldu – Video


23-05-2016, 22:24. Yazar: Xeberaz
Milyonçunun pulunu saydı və işdən qovuldu – Video
CNN Türk kanalının aparıcısı Ekin Olcayto işə qəbul olunmasından bir ay sonra kanaldan uzaqlaşdırılıb.

Publika.az xəbər verir ki, buna səbəb aparıcının canlı yayımda məşhur iş adamı Əli Ağaoğlunun cibindəki pulu götürərək sayması olub.

İddiaya görə, Olcaytonun Əli Ağaoğluna “cibinizdə nə qədər pul var” sualı verməsi və iş adamının pulunu götürərək sayması kanalın rəhbərliyini narahat edib.

Qeyd edək ki, türkiyəli iş adamı həmin proqramda kredit kartının limitini açıqlayıb. Biznesmen kredit kartının limitinin 50 min lirə (26 min manat) olduğunu deyib. Daha sonra isə Ağaoğlu aparıcının istəyi ilə cibindəki pulları çıxarıb. Onun cibində 8 min 400 lirə (4500 manat) olub.

Geri dön