Ana Sayfa > Karusel / Dünya / M2 > AB təhlükədə: Millətçilər qalib gəlir

AB təhlükədə: Millətçilər qalib gəlir


23-05-2016, 20:00. Yazar: Xeberaz
AB təhlükədə: Millətçilər qalib gəlir

Avropa Birliyi Avstriya haqqında düşünməlidir.

"Xəbəraz.az "xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Slovakiya Xarici İşlər naziri Miroslav Layçak söyləyib. Onun sözlərinə görə, Avstriyadakı son seçki əhalinin ənənəvi siyasi partiyalardan narazılığını ortaya qoydu. O, Avstriyadakı son seçkinin AB-nin doğru siyasət yürütmədiyini göstərdiyini vurğulayıb.

Qeyd edək ki, Avstriyada prezident seçkisinin ilk mərhələsi başa çatıb. Uzun illər ölkəni idarə edən Sosial-Demokrat Partiyası artıq əhali arasında öz mövqelərini itirib. Maraqlı məqam orasındadır ki, Avstriyada İkinci Dünya Müharibəsindən sonra ultrasağçıların mövqeləri ilk dəfə güclənib. Seçkinin ilk mərhələsində ultrasağçı Avstriya Azadlıq Partiyasının namizədi Norbert Xofer 36% səslə birinci yerə çıxıb. O, ən yaxın rəqibi olan Aleksandr Van der Belleni 15% səslə qabaqlayıb.

Bellenin ailəsi SSRİ yaradıldıqdan sonra Rusiyadan Estoniyaya, sonra isə Avstriyaya köç edib.

Avstriya Azadlıq Partiyası Avropa Birliyinə qarşı sərt mövqeyi ilə seçilir. Onlar ölkə sərhədlərinin gücləndirilməsi və Şengen zonasının ləğv edilməsinin tərəfdarlarıdırlar.

Bundan öncə Polşada da sağçılar qalib gəlib. Onlar Avstriya ultrasağçıları kimi AB-dən uzaqlaşma tərəfdarı hesab edilirlər.

Geri dön