Ana Sayfa > Karusel / Dünya / M2 > ABŞ bankı bədbin neft proqnozunu dəyişdi

ABŞ bankı bədbin neft proqnozunu dəyişdi


23-05-2016, 19:57. Yazar: Xeberaz
ABŞ bankı bədbin neft proqnozunu dəyişdi

ABŞ-ın “Goldman Saçs” bankının analitikləri neftlə bağlı proqnozlarını dəyişib.

"Xəbəraz.az "xəbər verir ki, analitiklər 2016-cı il üzrə “Brent” markalı neftin bir barrelinin qiymətini 39 dollardan 45 dollara yüksəldib.

2017-ci il ərzində isə “Brent” neftinin qiyməti 60 dollardan 55 dollara salınıb. Ümumiyyətlə, uzunmüddətli perspektivdə “Brent”in qiymətinin 53-63 dollar arası dəyişəcəyi bildirilib.

VTİ neftinə gəlincə, bu markanın 2016-cı il üzrə qiyməti 38 dollardan 45 dollara qədər artırılıb. Bu ilin ikinci yarısında VTİ-nin 50-60 dollar arasında dəyişəcəyi bildirilib. 2017-ci ildə Texas neftinin qiymətinin 53, 2018-ci ildə isə 60 dollara qədər yüksələcəyi açıqlanıb.
Geri dön