Ana Sayfa > Karusel / Gündəm / M2 > Cəbhədə "Qrad" mərmisi tapıldı - Foto
Cəbhədə "Qrad" mərmisi tapıldı - Foto23-05-2016, 19:55. Yazar: Xeberaz |
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mayın 23-də Tərtər, Ağcabədi, Ağdam, Füzuli və Goranboy rayonlarında 6 ev və həyətyanı sahə, 3 əkin sahəsi və 10 partlayış yerinə baxış keçirib. "Xəbəraz.az " agentliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, baxış keçirilən ərazilərdə 2 ədəd partlamamış hərbi sursat (1 ədəd "Qrad" raketinin mühərrik hissəsi və 122 mm-lik partlamamış OF-56 top mərmisi) tapılıb və gün ərzində 21 190 kv/m ərazi təmizlənib. Ümumilikdə ANAMA tərəfindən 7 Aprel - 23 May tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 515 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 453 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. Hal-hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir. Geri dön |