Ana Sayfa > Karusel / Dünya / M2 > Şok iddia: İsrail 1 general və 3 diplomatı qaçırıb

Şok iddia: İsrail 1 general və 3 diplomatı qaçırıb


23-05-2016, 19:47. Yazar: Xeberaz

Şok iddia: İsrail 1 general və 3 diplomatı qaçırıb

İran Müdafiə naziri Hüseyn Dehqan 1982-ci ildə Livanda itkin düşən iranlı komandir Əhməd Mutevesiliyan və üç diplomatın İsrail tərəfindən qaçırıldığını iddia edib.

"Xəbəraz.az " xəbər verir ki, Deqan itkin düşən Mutevesiliyan, dövrün Beyrut Müvəqqəti İşlər üzrə vəkili Möhsün Musəvi, diplomat Təqi Rastqar və İRNA xəbər agentliyinin foto müxbirlərindən Kazım İhvanın yaşadıqlarını və İsrail tərəfindən saxlanıldığını bildirib.

"Onların yaşadıqları və sionist rejimin əlində olduqlarına dair sənədlər var. İsrail dörd diplomatın təhlükəsizliyinin məsuliyyətini üzərinə götürməlidir. Biz də onların sərbəst buraxılması üçün həm hüquqi, həm də siyasi olaraq məsələni təqib edəcəyik", - Dehqan qeyd edib.

Qeyd edək ki, İran-İraq müharibəsi zamanı dövrün İnqilab Mühafizəçiləri Komandanlığının general-mayoru Əhməd Mutevesiliyanın başçılıq üç diplomat 1982-ci ildə Livanda itkin düşüb.
Geri dön