Ana Sayfa > Karusel / Dünya / M2 > NATO: “Molla Mənsur bizə mane olurdu”

NATO: “Molla Mənsur bizə mane olurdu”


23-05-2016, 18:39. Yazar: Xeberaz

NATO: “Molla Mənsur bizə mane olurdu”

Taliban terror təşkilatının lideri Molla Əxtar Mənsur hakimiyyətlə Taliban arasında danışıqlar aparılmasına mane olurdu.

"Xəbəraz.az " BBC-ə istinadən xəbər verir ki, bu açıqlama ilə NATO-nun Baş katibi Yens Stoltenberq çıxış edib.

Onun sözlərinə görə, Molla Mənsur Əfqanıstan hökuməti və Taliban terror təşkilatı arasında danışıqlara əngəl törədir, Əfqanıstanda sülhə və barışığa doğru inkişaf perspektivlərini ləngidirdi.

Stoltenberqin fikrincə, onun ölümündən sonra tərəflər arasında danışıqların inkişafı gözləniləndir.

Xatırladaq ki, Taliban terror təşkilatının lideri Molla Əxtar Mənsur ABŞ-a məxsus pilotsuz uçan aparatın bombardmanı nəticəsində Əfqanıstan-Pakistan sərhədində öldürülüb.

Bu gün ABŞ Prezidenti Barak Obama sözügedən faktı təsdiqləyib.

Geri dön