Ana Sayfa > Karusel / Dünya / M2 > Ermənistan işğaldakı əraziləri yandırır - Foto

Ermənistan işğaldakı əraziləri yandırır - Foto


23-05-2016, 18:37. Yazar: Xeberaz

Ermənistan işğaldakı əraziləri yandırır - Foto
Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal olunmuş ərazilərində yanğın törədiblər.


APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün Ermənistan Silahlı Qüvvələri irimiqyaslı hərbi təlimləri başa vurduqdan sonra ərazilərə od vurublar. Təlimlərdən dərhal sonra işğal altında olan yaşayış məntəqələrində güclü tüstü müşahidə olunub. Hazırda sözügedən ərazidə yanğın davam edir.

Qeyd edək ki, bu gün günün ikinci yarısında erməni silahlı bölmələri nəzarət etdikləri ərazilərdəki dağ massivlərində və düzəngahlarda canlı qüvvə, zirehli texnika və artilleriya qurğularından istifadə edərək təlimlər keçiriblər.

Ermənistan işğaldakı əraziləri yandırır - Foto
Ermənistan işğaldakı əraziləri yandırır - Foto

Geri dön