Ana Sayfa > Karusel / Dünya / Foto-fakt > 1 milyard insan sel təhlükəsi altında yaşayacaq...

1 milyard insan sel təhlükəsi altında yaşayacaq...


23-05-2016, 17:42. Yazar: Xeberaz


1 milyard insan sel təhlükəsi altında yaşayacaq...

İngiltərənin Ekoloji Araşdırmalar qrupu 2060-cı ildə bir milyarda qədər insanın sel təhlükəsi altında qala biləcəyini müəyyən edib.

Ekoloji böhranın, qlobal isinmənin gələcəkdəki ən böyük fəlakətlərindən biri də kütləvi daşqınlar olacaq.

Ən çox ABŞ, Çin və Hindistan sel daşqınlarının fəsadlarını hiss edəcəklər. Asiya qitəsindəki 8 şəhər, ABŞ-da isə Mayami və Florida ştatları sel təhlükəsini daha qabarıq hiss edən yerlər olacaq.
Ekoloji Araşdırmalar qrupunun rəhbəri BBC-yə açıqlamasında əgər proqnozlar özünü doğruldarsa ABŞ-ın Florida ştatının tamamilə su altında qalacağını vurğulayıb.

Geri dön