Ana Sayfa > Karusel / Dünya / M2 > Sərkisyan daha bir generalı istefaya göndərdi

Sərkisyan daha bir generalı istefaya göndərdi


23-05-2016, 17:12. Yazar: Xeberaz
Sərkisyan daha bir generalı istefaya göndərdi

Ermənistan Prezidenti Serj Sərkisyan Silahlanmaya Nəzarət İdarəsinin rəisi general-mayor Melsik Çilinqaryanı vəzifəsindən azad edib.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, Serj Sərkisyan bundan öncə Ermənistan ordusunun 3 generalını vəzifədən uzaqlaşdırıb. Bəzi ekspertlər bu generalların Dördgünlük savaşda göstərdikləri uğursuzluğa görə öz vəzifələrindən azad edildiklərini bildiriblər.


Geri dön