Ana Sayfa > Karusel / Dünya / M2 > Abadi: “İŞİD-in axırı çatıb”

Abadi: “İŞİD-in axırı çatıb”


23-05-2016, 16:33. Yazar: Xeberaz

Abadi: “İŞİD-in axırı çatıb”

İraqın Fəllucə şəhərinin İŞİD-dən azad edilməsi üçün hərbi əməliyyatlara start verilib.

"Xəbəraz.az "xəbər verir ki, bu barədə İraqın Baş naziri Heydər Abadi məlumat verib.

Televiziya vasitəsi ilə xalqa müraciət edən baş nazir terrorçuların məğlub ediləcəyini deyib:

“Xalqımıza İraq bayrağını Fəllucədə dalğalandıracağımızı demək istəyirəm. Bölgəni bizdən oğurlayanların qara bayrağını parçalayacağıq. Böyük qələbənin vaxtı çatıb”.

Qeyd edək ki, əhalisinin yarıdan çoxunu sünnilər təşkil edən Fəllucə İrqada işğal olunan ilk böyük şəhərdir.
Geri dön