Ana Sayfa > Karusel / Dünya / M2 > AŞPA həmməruzəçiləri Bakıya gəlir

AŞPA həmməruzəçiləri Bakıya gəlir


23-05-2016, 13:04. Yazar: Xeberaz

AŞPA həmməruzəçiləri Bakıya gəlir

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri iyunun ortalarında Bakıya gələcək.

Report xəbər verir ki, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov məlumat verib.

Qeyd edək ki, S.Seyidov bu gün Parisdə AŞPA-nın Monitorinq Komitəsinin iclasında iştirak edir.

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri avstriyalı deputat Ştefan Şennah və rumıniyalı deputat Florin Predadır.

Geri dön