Ana Sayfa > Karusel / Dünya / M2 > Türkiyə ilə viza ləğvi: Almaniya tarix göstərdi

Türkiyə ilə viza ləğvi: Almaniya tarix göstərdi


23-05-2016, 12:49. Yazar: Xeberaz

Türkiyə ilə viza ləğvi: Almaniya tarix göstərdi
Almaniya Federativ Respublikası hökuməti hesab edir ki, Türkiyə ilə viza rejiminin ləğvi yalnız 2017-ci ildə mümkündür.

"Xəbəraz.az " xəbər verir ki, bu iddia ilə Bild nəşri etibarlı mənbələrə istinadən çıxış edib:

“Hökumət dairələrində Ankaranın ilin sonunadək viza ləğvinin təmin edilməsi üçün lazımi şərtləri yerinə yetirməyəcəyi gözlənilir. Buna səbəb Türkiyə ilə Avropa Birliyi arasında təkrar-təkrar aparılan nəticəsiz danışıqlardır”.

Qəzetin iddiasına görə, uzun müddət davam edən bu danışıqlar iyunun sonunadək yekunlaşa bilməz.

Xatırladaq ki, daha öncə viza rejiminin 1 iyul 2016-cı il tarixində ləğv olunacağı iddia edilirdi.

Türkiyə ilə viza rejiminin ləğvinə Böyük Britaniya kəskin etiraz edir. Britaniya Baş naziri Kemeron hətta 3000-ci ildə Türkiyənin Avropa Birliyi ölkələri ilə viza rejiminin ləğv edilməsi məsələsinin müzakirəsini mümkün sayıb və ölkəsinin bu təşəbbüsə veto qoyacağını açıqlayıb.
Geri dön