Ana Sayfa > Karusel / Hadisə / M2 > Paytaxtda qəza: Ölən var

Paytaxtda qəza: Ölən var


23-05-2016, 12:39. Yazar: Xeberaz

Paytaxtda qəza: Ölən var
Mayın 22-də gecə saatlarında Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindəndən Axar.az-a verilən məlumata görə, Naxçıvan şəhər sakini İbrahim Məmmədov idarə etdiyi “Hunday” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub.

Nəticədə İ.Məmmədovun sərnişinlərindən 25-30 yaşlı kişi hadisə yerində ölüb, özü və digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Nizami RPİ tərəfindən araşdırma aparılır.
Geri dön