Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Qubada xalçaçılıq sənətinin inkişafı ilə bağlı tədbirlər təşkil edilir

Qubada xalçaçılıq sənətinin inkişafı ilə bağlı tədbirlər təşkil edilir


23-05-2016, 12:34. Yazar: Xeberaz

Qubada xalçaçılıq sənətinin inkişafı ilə bağlı tədbirlər təşkil edilir



“Xalça Dünyası Assosiasiyası” İctimai Birliyi Quba rayonunda “Milli - mənəvi irsimiz olan xalçaçılıq sənətinin inkişafı ilə bağlı tədbirlərin təşkili” layihəsinin icrasını davan etdirir.

Quba rayonunda layihə çərçivəsində xalçaçılıq peşəsinə maraq göstərən və bu peşəyə yiyələnmək istəyən xanımlar üçün təlim keçirilib.

Təlimlərin mövzusu qədim və unudulmaqda olan xalça naxışları, sapların, rənglərin seçilməsi və düzgün istifadə olunması, xalçaların toxunduğu dəzgahlar və onlarla iş texnikasının qurulması istiqamətində və rəngkarlıq, xalçaların yuyulması, xalçaların daranması, xalçalara ilmə vurma və xalçaların qayçılanmasıdır. Təlimdə iştirakçılara xalçaların toxunduğu dəzgahlar və onlarla iş texnikasının qurulması ilə bağlı məlumatlar, bu istiqamətdə məsləhətlər və tövsiyələr verilib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.
Geri dön