Ana Sayfa > Karusel / Dünya / M2 > İŞİD-ə qarşı quru hərəkatı başlayır

İŞİD-ə qarşı quru hərəkatı başlayır


23-05-2016, 12:28. Yazar: Xeberaz
İŞİD-ə qarşı quru hərəkatı başlayır
İraq İŞİD-ə qarşı önəmli bir addım atdı
İraq baş naziri Haydar el Abadi, Ənbar vilayətinin ən önəmli şəhərlərindən biri olan Fəllucanı İŞİD-in əlindən almaq üçün yeni bir quru hərəkatının başladığını bəyan edib.

Abadi İraq telviziyasından və twitter hesabından verdiyi açıqlamada, "Fellucanın azad edilməsi əməliyyatı başlayıb. Böyük zəfər yaxındadır. İŞİD-in qaçmaqdan başqa çarəsi yoxdur" deyib.

Əməliyyatın başlanılması xəbərinin yayılmasından öncə İraq ordusu bölgə əhalisinin evlərini tərk etməsini istəyib.

Əhalisinin böyük bir qisminin sünni müsəlmanlar təşkil eədn Fəlluca, İraqda İŞİD-in əlinə keçən ilk böyük şəhər idi. Şəhər 2014-cü ilin yanvarından bu yana İŞİD-in nəzarəti altındadır.

Fellucanı azad etmə əməliyyatında İran muzdluları ilə yanaşı başda ABŞ olmaqla koalision dövlətlər də İraqa yardım edəcək və əsasən hava əməliyyatlarında iştirak edəcəklər.

Geri dön