Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Yeni metro stansiyası nə vaxt açılacaq?
Yeni metro stansiyası nə vaxt açılacaq?23-05-2016, 12:13. Yazar: Xeberaz |
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti yeni istifadəyə verdiyi "Bənövşəyi xətt" üzrə növbəti stansiyanın tikintisini davam etdirir. Bu barədə Trend-ə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Qurum rəsmisi bildirib ki, hazırda həmin xətt üzrə inşa edilən, hələlik B-3 adlandırılan stansiya Cəlil Məmmədquluzadə küçəsində, Silahlı Qüvvələrin Mərkəzi Hərbi Hospitalının qarşısındakı stansiyadır: "Stansiya 2018-ci ildə istifadəyə veriləcək. Yeni stansiya "Atovağzal" və "Memar Əcəmi" stansiyalarının hərəkət etdiyi Bənövşəyi xəttin davamıdır". Geri dön |