Ana Sayfa > Karusel / Hadisə / M2 > Tərtərdə top mərmiləri aşkarlandı

Tərtərdə top mərmiləri aşkarlandı


23-05-2016, 12:05. Yazar: Xeberaz
Tərtərdə top mərmiləri aşkarlandı
Tərtərin Cəmilli və Əskipara kəndi kəndlərində 2 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar edilib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) hesabatında bildirilir.

Mayın 22-də 7 ev və həyətyanı sahə, 2 əkin sahəsi, 2 otlaq sahəsində 19 partlayış yerinə baxış keçirilib, 2 ədəd 122 mm-lik top mərmisi aşkar edilib və gün ərzində 32 321 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 22 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 509 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 451 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Geri dön