Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda restoranda müştəri öldü

Bakıda restoranda müştəri öldü


23-05-2016, 11:54. Yazar: Xeberaz
Bakıda restoranda müştəri öldü
Həsənzadənin qəfildən ürəyi tutub.

Bakıda restoranda ölüm hadisəsi baş verib.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə S.S.Axundov küçəsi, 6 ünvanında yerləşən “Zümrüd” restoranında qeydə alınıb.

Restorana gələn müştəri, 1962-ci il təvəllüdlü Vaqif Həsən oğlu Həsənzadə qəfildən ölüb. Onun ürək tutmasından öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.
Geri dön