Ana Sayfa > Karusel / Gündəm / M2 > Mən də öləcəyəm qaraciyərdən – Kənan Hacının yeni şeiri

Mən də öləcəyəm qaraciyərdən – Kənan Hacının yeni şeiri


23-05-2016, 10:29. Yazar: Xeberaz
Mən də öləcəyəm qaraciyərdən – Kənan Hacının yeni şeiri
Kənan Hacının “Mən də öləcəyəm qaraciyərdən” adlı yeni şei

Anar Həbiboğlunun ruhuna

Bizim ciyərimiz çürüdü getdi,
sağ çıxa bilmədik bu laqeydlikdən.
Məni qabaqlayıb səssizcə getdin,
“mən də öləcəyəm qaraciyərdən”.

“Qoruya bilmədik” söyləyəcəklər,
sonra birdəfəlik unudacaqlar.
Kiminsə ciyəri şişəcək yenə,
Qaraciyəriylə oynayacaqlar.

Mənim ölməyimi gözləyən dostlar,
çox çəkməz, sizi də sevindirərəm.
Kitab anbarında yatmaram daha,
Təptəzə bir torpaq evə köçərəm...
Geri dön