Ana Sayfa > Karusel / Hadisə / M2 > Paytaxtda qəza: İki avtomobil yandı

Paytaxtda qəza: İki avtomobil yandı


22-05-2016, 20:59. Yazar: Xeberaz

Paytaxtda qəza: İki avtomobil yandıo

Paytaxtın Səbayıl rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, Səbail rayonunda vətəndaşlara məxsus "Ford" və "Mazda" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində hər iki avtomobilin mühərrik hissələri yanıb.

Qəza zamanı "Ford" markalı avtomobilin sürücüsü, avtomobildə olan 1 nəfər və "Mazda" markalı avtomobilin sürücüsü avtomobildən çıxarılaraq Təxirəsalınmaz Təcili Tibbi Yardım xidmətinə təhvil verilib. Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Geri dön