Ana Sayfa > Karusel / Gündəm / M2 / Xəbəraz TV > Həlak olan pilotlarımız dəfn edildi - Video

Həlak olan pilotlarımız dəfn edildi - Video


22-05-2016, 19:22. Yazar: Xeberaz


Həlak olan pilotlarımız dəfn edildi - Video
Əfqanıstanda baş vermiş təyyarə qəzasında həlak olan 7 nəfərdən 3-nün meyiti bu gün ailəsinə təhvil verilib.

ANS-nin məlumatına görə, Patoloji Anatomiya Birliyində keçirilmiş məhkəmə tibbi ekspertizasının nəticələrinə əsasən 3 meyitin kimliyi müəyyən edilib.

Daha iki nəfərin meyiti üzərində isə ekspertiza davam etdirilir. Şəxsiyyətləri müəyyənləşən kimi bu iki cənazənin də ailələrinə təhvil verilməsi gözlənilir.

Qəza zamanı həlak olan Firdövsi Şahverdiyevin və Azər Zülfiyevin cənazələri səhər saatlarında təhvil verilib. Onlardan biri Gəncə şəhərində, digəri isə Xızıda torpağa tapşırılıb. Bort mühəndisi Nadir Rzayevin cənazəsi isə ailəsinə təhvil verilərək yaşadığı H.Z.Tağıyev qəsəbəsinə aparılıb.


Geri dön