Ana Sayfa > Karusel / Dünya / İdman / M2 > İtaliya derbisində qan töküldü

İtaliya derbisində qan töküldü


22-05-2016, 18:45. Yazar: Xeberaz
İtaliya derbisində qan töküldü
İtaliyanın paytaxtı Romada baş tutan “Milan” - “Yuventus” oyunundan sonra gərgin anlar yaşanıb.

Axar.az xəbər verir ki, bir qrup “Milan”lı küçədə dava salıb. Nəticədə 26 və 40 yaşlarında olan iki “Yuventus” azarkeşi bıçaqlanıb. Məlumata görə, onların hər ikisinin vəziyyəti ağırdır.

Polis hadisə ilə bağlı 200 nəfəri nəzarətə götürüb və 19 yaşlı bir gənci həbs edib.

Qeyd edək ki, İtaliya kubokunun finalında qarşılaşan “Milan” və “Yuventus” komandaları arasında görüş “Yuve”nin minimal hesablı (1:0) qalibiyyəti ilə başa çatıb.

Geri dön