Ana Sayfa > Karusel / Dünya / M2 > Kemerondan Türkiyəyə: “Ancaq 3000-ci ildə...”

Kemerondan Türkiyəyə: “Ancaq 3000-ci ildə...”


22-05-2016, 16:01. Yazar: Xeberaz

Kemerondan Türkiyəyə: “Ancaq 3000-ci ildə...”

Rəsmi London heç vaxt türklərə vizasız rejimin tətbiqinə icazə verməyəcək.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri İngiltərə Baş naziri Devid Kemeron deyib.

O, yaxın illərdə belə Türkiyənin Avropa Birliyinə (AB) üzv olmayacağını bildirib:

“Yaxın vaxtlarda Türkiyənin AB-yə üzv olması ilə bağlı heç bir plan yoxdur. Onlar 1987-ci ildən müraciət edib. Son proqnozlara görə, əgər onlar bu tempi qorusalar, AB-yə üzv ola bilərlər, lakin bu, 3000-ci ildən öncə mümkün olmayacaq”.

O, Türkiyə ilə AB arasında vizasız rejim müzakirə olunacağı təqdirdə buna qarşı çıxacaqlarını əlavə edib.
Geri dön