Ana Sayfa > Karusel / Dünya / İdman / M2 > Mourinyo “Mançester”lə müqavilə imzalayacaq

Mourinyo “Mançester”lə müqavilə imzalayacaq


22-05-2016, 12:42. Yazar: Xeberaz

Mourinyo “Mançester”lə müqavilə imzalayacaq
İngiltərənin “Mançester Yunayted” klubu nəhayət portuqaliyalı məşqçi Xose Mourinyo ilə müqavilə imzalayacaq.

Axar.az xəbər verir ki, İngiltərə mətbuatı hazırki məşqçi Lui Van Qalın istefaya göndəriləcəyi və Mourinyo ilə müqavilənin növbəti həftə imzalanacağını yazıb.

Qeyd edək ki, Mourinyo İngiltərədə “Çelsi” klubu ilə 3 dəfə Premyer liqanı qazanıb. Portuqaliyanın “Porto” və İtaliyanın “İnter” komandaları ilə isə Çempionlar Liqasını əldə edib.
Geri dön