Ana Sayfa > Karusel / Dünya / M2 > Qorbaçov: “Putinin yerində olsaydım...”

Qorbaçov: “Putinin yerində olsaydım...”


22-05-2016, 12:16. Yazar: Xeberaz


Qorbaçov: “Putinin yerində olsaydım...”
Mən həmişə xalqın iradəsinə hörmət etmişəm.
"Xəbəraz.az " xəbər verir ki, bu sözləri SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov İngiltərənin “Sandey Tayms” qəzetinə müsahibəsində deyib.

O, Rusiyanın Krımı ilhaq etməsini dəstəkləyib:

“Mən həmişə xalqın iradəsinə hörmət etmişəm. Krımdakıların böyük əksəriyyəti Rusiyaya birləşməyi istəyirdi. Əgər mən də Vladimir Putinin yerində olsaydım, oxşar addımı atardım”.

Qorbaçov SSRİ-də islahatlar keçirmək istədiyini, lakin heç vaxt onun dağılmasından yana olmadığını bildirib.

Qeyd edək ki, Krım 2014-cü ilin martında Rusiyaya ilhaq olunub.
Geri dön