Ana Sayfa > Karusel / Dünya / M2 > Avstriyada atışma: 2 ölü, 11 yaralı

Avstriyada atışma: 2 ölü, 11 yaralı


22-05-2016, 11:34. Yazar: Xeberaz

Avstriyada atışma: 2 ölü, 11 yaralı

Avstriyanın qərbindəki Nenzing qəsəbəsində keçirilən bayram tədbirlərindən birində 27 yaşlı gənc avtomobilindən götürdüyü odlu silahla insanlara atəş açıb.

"Xəbəraz.az " xəbər verir ki, hadisə gecə saatlarında meydana gəlib.

İlkin məlumatlara görə, hücum zamanı 2 nəfər ölüb, 11 nəfər isə yaralanıb. Hücumu təşkil edən gənc tutulmamaq üçün özünü güllələyərək öldürüb.

Onun bu hücumu niyə təşkil etməsi isə hələlik bəlli deyil.

Hazırda hadisə yerində polis tərəfindən istintaq aparılır.
Geri dön