Ana Sayfa > Karusel / Dünya / M2 > Taliban lideri öldürüldü

Taliban lideri öldürüldü


22-05-2016, 11:26. Yazar: Xeberaz

Taliban lideri öldürüldü
Taliban terror təşkilatının lideri Molla Əxtar Mənsur ABŞ-a məxsus pilotsuz uçan aparatın bombardmanı nəticəsində Əfqanıstan-Pakistan sərhədində öldürülüb.
"Xəbəraz.az " xəbər verir ki, əməliyyatın baş tutmasına icazəni ABŞ Prezidenti Barak Obama verib.

Pakistanın Əhməd-Val şəhərində keçirilən əməliyyata bir neçə bombardmançı pilotsuz aparat qatılıb.

Əfqanıstan Baş naziri Abdulla Abdulla Taliban liderinin öldürüldüyünü təsdiqləyib:

“Ötən gün ABŞ rəsmiləri bu barədə bizə məlumat verdi. Öldürülən çox güman ki, Taliban lideridir”.

Geri dön