Ana Sayfa > Karusel / Dünya / M2 > Üç lider Rusiyaya qarşı sanksiyaları müzakirə etdi
Üç lider Rusiyaya qarşı sanksiyaları müzakirə etdi21-05-2016, 21:59. Yazar: Xeberaz |
Ukrayna Prezidenti Pyotr Poroşenko, Fransa Prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel Donetsk münaqişəsi və Rusiyaya qarşı sanksiyaları müzakirə ediblər. "Xəbəraz.az " xəbər verir ki, tərəflər Pasxa bayramı ərəfəsində bölgədə atəşkəsin bərpa edilməsinə nail olunmasına baxmayaraq, hələ də gərginliyin hökm sürdüyünü bildiriblər. Poroşenko Donetskə silahların göndərilməsinin dayandırılması üçün ATƏT-in bölgədə fəaliyyətini daha da aktivləşdirməsinə ehtiyac olduğunu qeyd edib. Poroşenko, Olland və Merkel münaqişənin həllində siyasi mexanizmin əsas şərt olduğu barədə ortaq fikirdə olublar. Ukrayna prezidenti Almaniyaya müraciətində ATƏT sədrinin təkliflərinin hazırlanması prosesinin sürətləndirilməsi üçün xahiş edib. Ukrayna, Fransa və Almaniya liderləri Rusiyaya qarşı sanksiyaları da müzakirə ediblər. Geri dön |