Ana Sayfa > Karusel / Təhsil / M2 / Xəbəraz TV > Təhsil haqları azala bilər – Video

Təhsil haqları azala bilər – Video


21-05-2016, 18:17. Yazar: Xeberaz

Təhsil haqları azala bilər – Video
Bu ildən etibarən ali məktəblərin ödənişli qəbul planlarını və ödənişin miqdarını Nazirlər Kabineti deyil, təhsil müəssisələri özləri müəyyən edəcək.


Tələbələri gözləyən ən mühüm yeniliklərdən biri də təhsil haqlarının azalmasıdır. Çünki universitet istədiyi qədər ödənişli tələbə qəbul etsə, asanlıqla təhsil haqqını aşağı sala biləcək.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Xəzər xəbər-ə açıqlamasında təhsil haqlarının nəzərəçapacaq dərəcədə azala biləcəyini deyib.

Komitə sədri eyni zamanda "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi üçün işçi qrupunun formalaşdığını da qeyd edib. Qanun layihəsi qəbul olunsa, Azərbaycanda özəl və dövlət bağçaları ilə yanaşı, görmə, eşitmə qüsurlu uşaqlar üçün təyinatı üzrə xüsusi bağçalar da fəaliyyət göstərəcək.

Geri dön