Ana Sayfa > Karusel / Dünya / M2 > ABŞ Vyetnama girir: 40 ildən sonra

ABŞ Vyetnama girir: 40 ildən sonra


21-05-2016, 18:11. Yazar: Xeberaz
ABŞ Vyetnama girir: 40 ildən sonra


ABŞ Vyetnam müharibəsindən 40 il sonra ilk dəfə bu ölkədə hərbi qüvvələrini yerləşdirə bilər.

"Xəbəraz.az " xəbər verir ki, bu məqsədlə artıq iki ölkə arasında danışıqlar başlanıb. Razılıq əldə olunarsa, ilkin mərhələdə ABŞ hərbi texnikası Vyetnama gətiriləcək.

ABŞ hərbi texnikasının Da Nanq şəhərində yerləşdiriləcəyi gözlənilir. Bu şəhərin seçilməsinin simvolik səbəbləri var. 1965-ci ildə ABŞ ordusunun ilk hərbi birləşmələri məhz bu şəhərə gəlib.

Qeyd edək ki, ABŞ-Vyetnam yaxınlaşması Çinin tənqidlərinə səbəb olub. Rəsmi Pekin Vaşinqtonu bölgədə gərginliyi artırmaqda ittiham edir.
Geri dön