Ana Sayfa > Karusel / Dünya / M2 > İran hücuma hazırlaşır: Hələb planı

İran hücuma hazırlaşır: Hələb planı


21-05-2016, 16:22. Yazar: Xeberaz
İran hücuma hazırlaşır: Hələb planı

İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Suriyanın Hələb şəhərində genişmiqyaslı hərbi əməliyyata hazırlaşır.

"Xəbəraz.az " xəbər verir ki, əməliyyatlara SEPAH-ın məşhur komandanı Qasım Süleymani başçılıq edəcək.

Türkiyə mediasında yayılan məlumatlara görə, bir müddət öncə Qasım Süleymaninin Hələbin Xan Tuman bölgəsində generallarla birgə məxfi hücum planı hazırladığını əks etdirən fotoları yayılıb.

Qeyd olunur ki, Süleymani İranın Dini lideri Ayətullah Xameneinin xüsusi tapşırığı əsasında Hələbdə hərbi qərargah yaradıb.

Suriya 35-ci əyalətimizdir

Digər tərəfdən yerli qaynaqlar Hələbin tamamilə İranın nəzarətində olduğunu iddia edir. Bundan başqa, “Suriya 35-ci əyalətimizdir” ifadələrini tez-tez işlədən İran siyasətçilərinin bölgəyə təsir gücü gündən-günə artır. Qeyri-rəsmi məlumatlara görə, SEPAH-ın 40 min nəfərdən ibarət ordu birləşmələri Suriyada döyüşür.

Hələbdə həyata keçirilən əməliyyatlar Əsəd qüvvələrinin adına yazılsa da, bölgədə bir nəfər də olsun Suriya əsgərinin olmadığı bildirilir. Qarşıdurmalarda ölənlərin böyük əksəriyyəti Əfqanıstan, yaxud Pakistandan gələn şiə döyüşçülərdir.

1 aya 2 milyard

İranın Suriyada silah-sursat, gündəlik ehtiyacların qarşılanması, döyüşçülərə verilən maaş və başqa məqsədlər üçün hər ay təxminən 2 milyard dollar xərclədiyi təxmin edilir. İranın Rusiyadan satın aldığı silahların təhvil-təslim prosesinin də məhz Suriyada reallaşdığı məlum olub. Təkcə bu ay ərzində rəsmi Tehran Rusiyadan 35 ədəd T-90 tankı alıb.

İranın Suriyadakı itkisi nəzərə çarpacaq dərəcədə böyükdür. Qaynaqlar İsrail ilə uzun sürən döyüşlərdə yüksək səviyyəli komandirini itirməmiş Hizbullahın Suriyada indiyə qədər 20 liderinin öldürüldüyünü təxmin edir. İranın itkiləri isə bundan azı 10 dəfə çoxdur.
İran hücuma hazırlaşır: Hələb planı

Geri dön