Ana Sayfa > Karusel / Dünya / M2 > Ərdoğan biznesmenin burnunu qırdı

Ərdoğan biznesmenin burnunu qırdı


21-05-2016, 16:18. Yazar: Xeberaz
Ərdoğan biznesmenin burnunu qırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşı oğlu Rəcəb Əli Ərdoğan bir iş adamı ilə yumruq davasına çıxıb.

"Xəbəraz.az "xəbər verir ki, hadisə mayın 7-də baş verib. Axşam çağı paytaxt Ankarada şəxsi avtomobili ilə hərəkət edən Ərdoğan tıxaca düşüb. Bu zaman Alpər E. adlı iş adamı ilə yol vermək üstündə mübahisə düşüb.

Yaranan mübahisə sonra yumruq davasına çevrilib. Ərdoğanın zərbəsi iş adamının burnunu qırıb. Lakin polisin müdaxiləsi nəticəsində əlbəyaxa davanın böyüməsinin qarşısı alınıb.

Hadisədən 5 gün sonra polis bölməsinə gedən Ərdoğan iş adamının onu təhqir etdiyini deyib.
Geri dön