Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Quba-Xınalıq yolunda dağ uçdu: 6 kəndlə əlaqə kəsildi

Quba-Xınalıq yolunda dağ uçdu: 6 kəndlə əlaqə kəsildi


21-05-2016, 15:41. Yazar: Xeberaz
Quba-Xınalıq yolunda dağ uçdu: 6 kəndlə əlaqə kəsildi

Ötən gün Quba-Xınalıq yolunda dağ uçqunu baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yolun 37-ci km-də qaya parçalarının dağdan qoparaq yola yuvarlanması nəticəsində yol bağlanıb.

Quba 6 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanovun verdiyi məlumata görə, 15-20 tonluq qaya parçaları yola düşərək hərəkəti məhdudlaşdırıb.

Xınalıqla bərabər bu istiqamətdə yerləşən Əlik, Haput, Cek, Qələxudat, Bostankeç kəndləri ilə də əlaqə kəsilib.

Yolun açılması üçün əraziyə texnika cəlb olunub.


Geri dön