Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > "Azərbaycanda məişət tullantılarının 75 faizi təkrar emala yararlıdır" - ABŞ Səfirliyi

"Azərbaycanda məişət tullantılarının 75 faizi təkrar emala yararlıdır" - ABŞ Səfirliyi


21-05-2016, 15:07. Yazar: Xeberaz
"Azərbaycanda məişət tullantılarının 75 faizi təkrar emala yararlıdır" - ABŞ Səfirliyi

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın xanımı Anna Sekuta səfirlikdə təkrar emala göndəriləcək karton, kağız, plastik tullantıların ilk toplanmasında iştirak edib. "APA-Economics" xəbər verir ki, bu barədə səfirliyin "Twitter" hesabında qeyd edilib.

Məlumatda deyilir ki, ABŞ səfirliyi Azərbaycanda təkrar emala dəstək olmaq üçün "Azersun Holding" ilə əməkdaşlıq etməkdən məmnunluq duyur: "ABŞ səfirliyi Azərbaycanda ekoloji problemləri azaltmaq istiqamətində çalışır. Təkrar emal sənayesi iqtisadiyyata faydalıdır - ABŞ-da 47 milyard dollar gəliri olan sənaye Azərbaycanda da yeni iş yerləri yarada bilər. ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi Azərbaycanda məişət tullantılarının 75%-ni təkrar emala yararlı hesab edir"

Geri dön