Ana Sayfa > Karusel / Dünya / M2 > Baydenlə Sərkisyan Qarabağdan danışdı

Baydenlə Sərkisyan Qarabağdan danışdı


20-05-2016, 22:27. Yazar: Xeberaz

Baydenlə Sərkisyan Qarabağdan danışdı

Mayın 20-də ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə Ermənistan prezidenti Serj Sərkisyan arasında telefon danışığı olub.

APA-nın verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən bildiriblər.

"Hər iki tərəf Qarabağ münaqişəsinin nizamlanması üzrə Vyanada əldə olunmuş razılaşmaların tam və səmərəli həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Tərəflər münaqişənin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi çərçivəsində yalnız sülh yolu ilə həllinin mümkünlüyünə dair həmrəy olduqlarını vurğulayıblar”, - məlumatda deyilir.

Qeyd edək ki, məlumatda telefon danışığının ABŞ tərəfinin təşəbbüsü ilə keçirildiyi bildirilib.
Geri dön