Ana Sayfa > Karusel / Dünya / M2 > ABŞ Rusiyanın təklifini rədd etdi

ABŞ Rusiyanın təklifini rədd etdi


20-05-2016, 22:03. Yazar: Xeberaz
ABŞ Rusiyanın təklifini rədd etdi
Bu günə qədər Suriyadakı əməliyyatları Rusiya ilə koordinasiyalı şəkildə aparmadıq və bundan sonra da aparmayacağıq.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri Pentaqon sözçüsü Metyu Allen deyib.

“Suriyada uçuş təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Rusiya Müdafiə Nazirliyi ilə qarşılıqlı razılaşma əldə etmişdik. Bu razılaşmanı bu günə qədər uğurla davam etdiririk. Lakin koordinasiyalı əməliyyatlardan söhbət belə gedə bilməz”, - Allen bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Müdafiə naziri Sergey Şoyqu Nüsrə Cəbhəsinə qarşı birgə əməliyyatların təşkil edilməsi ilə bağlı ABŞ-a müraciət ünvanlamışdı.
Geri dön