Ana Sayfa > Karusel / Dünya / M2 > Ərdoğandan jurnalistlərə: "Burada nə işiniz var?"

Ərdoğandan jurnalistlərə: "Burada nə işiniz var?"


20-05-2016, 20:50. Yazar: Xeberaz

Ərdoğandan jurnalistlərə: "Burada nə işiniz var?"

Çiyninə fotoaparat alaraq ABŞ, İngiltərə, Fransa və Avropanın fərqli ölkələrindən Diyarbəkirə gəlirlər. Sizin burada nə işiniz var? Sonra da gedib yanlış məlumatlar yayırlar.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Əvvəlcədən hazırlanmış ssenari üzrə əsassız məlumatlar yayırlar. Bəzilərini ssenariyə uyğun danışdırırlar. Bütün beynəxalq media orqanlarına çıxışları olduğu üçün Türkiyəni istədikləri kimi dünyaya tanıdırlar. Sanki Türkiyədə daxili müharibələr gedir”, - Ərdoğan bildirib.

Ərdoğan Kılıçdaroğlunun ittihamlarına da münasibət bildirib:

“Sən əvvəlcə güzgüyə bax. Əgər Türkiyədə diktatura hökm sürsəydi, sən bunu deyə bilməzdin”.

Geri dön