Ana Sayfa > Karusel / Dünya / M2 > NATO-Rusiya danışıqları başlayır: Lavrov xəbərsizdir

NATO-Rusiya danışıqları başlayır: Lavrov xəbərsizdir


20-05-2016, 20:47. Yazar: Xeberaz

NATO-Rusiya danışıqları başlayır: Lavrov xəbərsizdir
“Müzakirə etmək istəyirlərsə, mikrofona danışmaq yerinə bizimlə danışsınlar”.

"Xəbəraz.az "xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov NATO-nun Baş katibi Yens Stoltenberqin Rusiya-NATO Şurasının iyula qədər toplanacağı ilə bağlı verdiyi açıqlamaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Alyans görüşlə bağlı Moskva tərəfi ilə danışıqlar aparmayıb:

“Bunu nəyə əsaslanaraq söyləyir? Rusiya-NATO Şurası qarşılıqlı fikir mübadiləsini əsas götürür. Bunu (Rusiya-NATO Şurasının nə zaman toplanacağını – red.) danışmaq istəyirlərsə, mikrofona danışmaq yerinə bizimlə danışsınlar”.

Xatırladaq ki, aprelin 20-də Rusiya-NATO Şurasının iki illik fasilədən sonra ilk iclası keçirilib.
Geri dön