Ana Sayfa > Karusel / Hadisə / M2 > Yasamal və İsmayıllıda bədbəxt hadisə

Yasamal və İsmayıllıda bədbəxt hadisə


20-05-2016, 18:33. Yazar: Xeberaz

Yasamal və İsmayıllıda bədbəxt hadisə

Yasamal rayonunda dərmandan zəhərlənmə hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, mayın 19-da Yasamal rayonunda yaşayan Rauf Məmmədov dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilib və orada vəfat edib.

Digər bədbəxt hadisə isə İsmayıllıda qeydə alınıb.

Mayın 18-də İsmayıllı rayonunun Mulux kənd sakini Kamal Kərimov ehtiyatsızlığı nəticəsində Girdman çayına düşərək boğulub.

Hər iki faktla bağlı araşdırma aparılır.
Geri dön