Ana Sayfa > Karusel / Dünya / M2 > Putin İstanbula getmir: onu FHN təmsil edəcək

Putin İstanbula getmir: onu FHN təmsil edəcək


20-05-2016, 18:26. Yazar: Xeberaz
Putin İstanbula getmir: onu FHN təmsil edəcək

Rusiya Prezidenti Vladimir Putin mayın 23-24-də BMT-nin İstanbulda keçiriləcək humanitar sammitində iştirak etməyəcək.

"Xəbəraz.az "xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov ictimaiyyətə məlumat verib.

O, bunu Putinin iş qrafikinin gərgin olması ilə əlaqələndirib:

“Rusiya müxtəlif səviyyədə tədbirdə təmsil olunacaq”.

Rusiya XİN-in rəsmisi Mariya Zaxarova isə bu gün yaydığı məlumatda ölkəsini İstanbulda Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin təmsil edəcəyini bildirib.

Geri dön