Ana Sayfa > Karusel / Dünya / M2 > İrəvanda Türkiyəyə embarqo yenidən gündəmdə

İrəvanda Türkiyəyə embarqo yenidən gündəmdə


20-05-2016, 18:16. Yazar: Xeberaz

İrəvanda Türkiyəyə embarqo yenidən gündəmdə
Ermənistan türk mallarının idxalını dayandırmalıdır.
"Xəbəraz.az " xəbər verir ki, bunu jurnalistlərə Ermənistan Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Levon Açemyan deyib.

Onun sözlərinə görə, bu addım Ermənistan iqtisadiyyatına heç bir zərər verməyəcək:

“Türkiyə malları üzərində nəzarəti gücləndirməliyik. Türkiyə bizə dost ölkə deyil və idxal edilən mallar insan orqanizmi üçün zərərli ola bilər. Xüsusilə, idxal olunan kənd təsərrüfatı məhsulları üzərində nəzarəti gücləndirməliyik”.

Xatırladaq ki, İrəvanda artıq bir müddətdir Türkiyədən idxala son qoymaqla bağlı çağırışlar edilir.

Geri dön