Ana Sayfa > Karusel / Dünya / M2 > AB sanksiyalara görə Ukraynadan nə tələb edəcək?

AB sanksiyalara görə Ukraynadan nə tələb edəcək?


20-05-2016, 16:56. Yazar: Xeberaz

AB sanksiyalara görə Ukraynadan nə tələb edəcək?
Avropa Birliyi Rusiyaya sanksiyaları uzatmağa hazır olduğunu açıqlayıb.

"Xəbəraz.az " xəbər verir ki, İnforesist bunun qarşılığında AB-nin Ukraynadan nə istəyəcəyi ilə bağlı politoloqların fikrini öyrənib.

Politoloq Andrey Buzarovun fikrincə, AB-nin Ukraynadan istəyəcəyi şey Minsk sazişinin öhdəliklərinin yerinə yetirilməsi olmayacaq:

“Avropa Birliyinin Ukraynadan tələbi yeni islahatlara getmək, korrupsiya ilə mübarizə və sair ola bilər”.

Ekspertin sözlərinə görə, Minsk sazişinin öhdəliklərinin yerinə yetirilməsi artıq bir mifə çevrilib:

“Rusiya Ukraynadan Minsk öhdəliklərinin yerinə yetirməsini tələb edəcək, ABŞ da təkid edəcək, amma yenə də bu, yalnız danışıqlar səviyyəsində qalacaq”.

Siyasi analitik Aleksandr Paliyin fikrincə, AB-nin əsas şərtlərindən biri Minsk sazişi olacaq:

“Əlbəttə ki, Ukraynadan Minsk sazişinin tələblərini yerinə yetirilməsini tələb edə bilərlər. Təbii ki, Rusiya bunu yerinə yetirməyəcək, amma bu məqamda daha vacib şərt – seçki öncəsi konstitusiya dəyişikliyi durur”.
Geri dön